Azərbaycan yığması mübarizəni dayandırdı
Əziz Əzizli
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının birinci pley-off mərhələsində cavab oyununu keçirib.
"Operativ Media" xəbər verir ki, millimiz Portuqaliya yığması ilə üz-üzə gəlib. Vizelada baş tutan qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Peritan Bozdağ 71-ci dəqiqədə qırmızı vərəqə alıb. Komandalar arasında Bakıda təşkil olunmuş ilk görüşdə Portuqaliya seçməsi 4:1 hesablı qələbə qazanmışdı.
Beləliklə, millimiz Avropa çempionatının pley-off mərhələsində mübarizəni dayandırıb. Portuqaliya yığması isə növbəti raundda Çexiya seçməsinə rəqib olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net