Menyu

"İlin məşqçisi" mükafatını ən çox qazanan baş məşqçlər - Siyahı

Əziz Əzizli
"İlin məşqçisi" mükafatını ən çox qazanan baş məşqçlər - Siyahı

Carlo Ançelotti bu il "Real Madrid"lə qazandığı nailiyyətlər nəticəsində üçüncü dəfə "İlin məşqçisi" mükafatını qazanıb.

"Operativ Media" xəbər verir ki, 2024-cü ildən etibarən üçüncü dəfə bu mükafatı qazanan Ançelotti adını futbol tarixinin nadir adları sırasına yazdırıb. Bununla belə, ən çox "İlin məşqçisi" adını qazanan məşqçi kimi rekord dörd mükafatla Joze Mourinyoya məxsusdur.

“Porto” (2003), “Çelsi” (2004), “İnter” (2009) və “Real Madrid” (2011) ilə uğur qazanan Mourinyo dörd dəfə ilk pillədə olmaqla, ən çox bu titulun sahibi olub. Mourinyodan sonra Ancelotti və Pep Qvardiola üç mükafatla siyahıda yer alıb.

Qvardiola "Barselona" (2008, 2010) və "Mançester Siti"də (2022-23) uğurlu çıxışları ilə üç dəfə mükafata layiq görülüb. Ançelotti 2006-cı ildə "Milan", 2013-14 və 2024-cü illərdə "Real Madrid"lə bu uğura imza ataraq, italyan futbolunun taktiki ustalığını və idarəçilik bacarığını bir daha sübut edib.

Visente del Bosqe, Frank Raykaard,Jupp Heynckes, Dieqo Simeone, Rafael Benítez, Tomas Tuxel və Luis Enrike hərəyə bir dəfə, Carlos Bianchi, Jürgen Klopp, Ottmar Hitzfeld, Sir Alex Ferguson, Marcello Lippi, Zinédine Zidane  isə hərəyə iki dəfə "İlin məşqçisi" mükafatını qazanıblar.

 

Teqlər:

"\"\u0130lin m\u0259\u015fq\u00e7isi\" m\u00fckafat\u0131n\u0131 \u0259n \u00e7ox qazanan ba\u015f m\u0259\u015fq\u00e7l\u0259r - Siyah\u0131"

Əlaqəli Xəbərlər