Azərbaycan badmintonçusu beynəlxalq turnirdə gümüş medal qazandı
Əziz Əzizli
Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Niderlandın Hertogenbos şəhərində keçirilən "International Challenge" seriyalı "YONEX Dutch Open" beynəlxalq turnirində gümüş medal qazanıb.
"Operativ Media" xəbər verir ki, Keişa Fatimə Zəhra qadın badmintonçuların şəxsi yarışında finala kimi irəliləyib.
Mübarizəyə 1/16 finaldan başlayan Keişa finala gedən yolda Hindistan, Danimarka və Bolqarıstan təmsilçilərinə qalib gələrək finala yüksəlib.
Keişa qızıl medal uğrunda keçirilən oyunda Malayziya badmintonçusu Kisona Selvaduraya 0:2 (14-21,16-21) hesabı ilə uduzaraq gümüş medala layiq görülüb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net