Azərbaycan boksçusu Gimnaziadada “qızıl” medal qazandı
Əziz Əzizli
Boks üzrə Azərbaycan millisi Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında növbəti qızıl medalını əldə edib.
"Operativ Media" xəbər verir ki, komandamızın heyətində Zakir Həsənzadə (52 kq) çempion tituluna yiyələnib.
O, finalda yerli boksçuya qalib gəlib.
Daha öncə Əli Əliyev (46 kq), Şahin Mustafayev (48 kq) və Nihat Qasımov (50 kq) da Manamada Azərbaycan himnini səsləndirib.
Qeyd edək ki, aktivində 2 bürünc medal olan oğlanlardan ibarət komandamızın heyətində daha 5 boksçumuz finalda yarışacaq. Qızların mübarizəsində isə 7 idmançımız həlledici görüşə çıxacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net