Menyu

Miroslav Kloze: Mahir Emreli hərəkətdə olanda nə qədər dinamik ola bildiyini görürsünüz

Əziz Əzizli
Miroslav Kloze: Mahir Emreli hərəkətdə olanda nə qədər dinamik ola bildiyini görürsünüz

"Nürnberq"in baş məşqçisi Miroslav Kloze komandanın fubolçusu Mahir Emreli barədə danışıb.

"Operativ Media" xəbər verir ki, mütəxəssis "Bild" nəşrinə açıqlamasında 27 yaşlı hücumçunun get-gedə daha yaxşı çıxış etdiyini söyləyib: 

"Bəzən mənə elə gəlir ki, Emreli ilə Stefanos Tsimas hələ bir-birlərinə tam öyrəşməyiblər. Tsimas artıq topu özündə saxlaya bilir. Mahiri bir qədər də komanda oyununa cəlb etmək istəyirəm. O, hərəkətdə olanda vəziyyətləri həll etmək üçün nə qədər dinamik ola bildiyini görürsünüz".

Qeyd edək ki, Mahir Emreli 2-ci Bundesliqada keçirdikləri son iki matçda qol vurub. Millimizin üzvü 9-cu turda "Qroyter Fürt"ə qalib gəldikləri (4:0) matçda hesabı açıb. O, "Reqensburq"u 8:2 hesabı ilə darmadağın etdikləri görüşdə ikinci qolun müəllifi olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər