Menyu

"Qalatasaray" "Beşiktaş"a qalib gəlib

Əsəd Abbaslı
"Qalatasaray" "Beşiktaş"a qalib gəlib

Türkiyə Superliqasında "Qalatasaray" "Beşiktaş"a qalib gəlib.

"Operativ Media" xəbər verir ki, İstanbul derbisi X tura təsadüf edib.

"Rams Park"da keçirilən qarşılaşma 2:1 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Hesabı 13-cü dəqiqədə "sarı-qırmızılar"dan Davinson Sançes açıb. 67-ci dəqiqədə Viktor Osimhen fərqi iki topa yüksəldib. 90+4-cü dəqiqədə Ernest Mucinin vurduğu qol isə yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, "sarı-qırmızılar" on matçdan sonra 28 xalla liderdir. Doqquz oyuna 20 xal toplayan qonaqlar 4-cü pillədə qərarlaşıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər