Portuqaliya - Azərbaycan oyununun hakimləri bəlli oldu
Əziz Əzizli
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının birinci pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçirəcəyi cavab oyununun hakim təyinatları açıqlanıb.
"Operativ Media" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 29-da Vizelada baş tutacaq görüşü Niderlanddan olan hakimlər briqadası idarə edəcək:
Baş hakim Shona Shukrula, onun köməkçiləri isə Martina Boer, Ashley de Haan olacaq. Dördüncü hakim funksiyasını isə Julia Van Es yerinə yetirəcək.
Qeyd edək ki, Portuqaliya - Azərbaycan matçı oktyabrın 29-u, saat 23:45-də "Vizela Arena"da keçiriləcək.