Menyu

Anri: Avropa komandaları "Real Madrid"dən, onlar isə "Barselona"dan qorxur

Əziz Əzizli
Anri: Avropa komandaları "Real Madrid"dən, onlar isə "Barselona"dan qorxur

Fransa millisinin, "Arsenal" və "Barselona"nın sabiq hücumçusu Tyerri Anri İspaniya çempionatının 11-ci turunda "Barselona"nın "Real Madrid"ə 4:0 hesablı qələbəsini şərh edib.

"Operativ Media"nın məlumatina görə, bu haqda "Mundo Departivo" məlumat yayıb.

“Avropa komandaları “Real Madrid”dən, “Real Madrid” isə “Barselona”dan qorxur. “Bavariya”dan sonra növbə “Real”a gəlib. Lamin Yamal Messi kimi, Rafinha Ronaldinyo kimi, Pedri İniesta kimi oynayır. 2011-ci ilin “Barselona” oyununa baxmaq kimidir. Flikin komandası bütün titulları qazanacaq”.

Madriddə keçirilən qarşılaşmanın 54 və 56-cı dəqiqələrində ukraynalı Andrey Luninin müdafiə etdiyi qapıya polşalı hücumçu Robert Levandovski imza atıb. 77-ci dəqiqədə Lamin Yamal qonaqların 3-cü qolunu vurub. 84-cü dəqiqədə braziliyalı hücumçu Rafinya hesabı 4:0-a çatdırıb.

“Barselona” 30 xalla turnir cədvəlinə başçılıq edir və artıq ikinci pillədəki “Real”ı 6 xal qabaqlayır.

Teqlər:

"Anri: Avropa komandalar\u0131 \"Real Madrid\"d\u0259n onlar is\u0259 \"Barselona\"dan qorxur"

Əlaqəli Xəbərlər