Menyu

Azərbaycan cüdoçuları Gimnaziadanı 13 medalla başa vurdu

Əziz Əzizli
Azərbaycan cüdoçuları Gimnaziadanı 13 medalla başa vurdu

Cüdoçularımız Bəhreyn Krallığının paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarının cüdo yarışlarını 2 qızıl, 4 gümüş və 7 bürünc medalla başa vurub.

"Operativ Media" xəbər verir ki, Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda ikinci, oğlanlar arasında birinci, qızlar arasında isə doqquzuncu yeri tutub.

Azərbaycan cüdoçuları yarışın ilk günündə 1 qızıl, 1 gümüş, 5 bürünc medal qazanıb.

İkinci yarış günü qızlar arasında -57 kq. çəkidə Diana Eldarova bürünc medal əldə edib. Oğlanlar arasında -73 kq. çəkidə Məhəmməd Ağakişiyev və Səid Şərifov finalda qızıl medal uğrunda mübarizə aparıb. Görüşün nəticəsində Məhəmməd Ağakişiyev qızıl, Səid Şərifov isə gümüş medal əldə edib. -81 kq. çəkidə Amin Mehdiyev və -90 kq. çəkidə Səid Hüseynov gümüş medal, +90 kq. çəkidə Sübhan Axundov bürünc medal qazanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər