Menyu

Mesut Özil "Zirə" klubunun qonağı olub

Əziz Əzizli
Mesut Özil "Zirə" klubunun qonağı olub

Almaniya yığmasının türk əsilli sabiq üzvü, dünya çempionu Məsut Özil “Zirə” klubunun qonağı olub.

"Operativ Media" xəbər verir ki, görüşdə Bakı təmsilçisinin Muşahidə Şurasının sədri Orxan Məmmədov və əsas komandanın baş məşqçisi Rəşad Sadıqov iştirak ediblər.

Keçmiş yarımmüdafiəçi Zirə İdman Kompleksində klubun U-19 komandası ilə görüşüb və futbolçulara öz tövsiyələrini verib.

Özil karyerası ərzində Almaniyada “Şalke”, “Verder”, İspaniyada “Real”, İngiltərədə “Arsenal”, Türkiyədə “Fənərbağça” və “Başakşehir” kimi klubların formasını geyinib. O, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər