Çin iqtisadiyyatının artım sürəti zəifləyib
Nərmin Qocamanlı
Çin iqtisadiyyatı 2022-ci ildə illik müqayisədə 3 faiz artıb.
"Operativ Media" xəbər verir ki, ölkənin Milli Statistika Bürosunun (UIB) məlumatına görə, Ümumi Daxili Məhsul (ÜDM) 2022-ci ilin yanvar-dekabr dövründə əvvəlki illə müqayisədə 3 faiz artaraq 121 trilyon yuana (təxminən 18 trilyon dollar) çatıb.
Bu, "COVİD-19" pandemiyasının ilk təsirlərinin hiss olunduğu 2020-ci ildə 2,2 faizlik artımdan sonra 1976-cı ildən bəri Çində qeydə alınan ən aşağı illik gəlir artım hesab olunur.
Artım sürəti Çin hökumətinin 2022-ci il üçün nəzərdə tutduğu 5,5 faizlik hədəfə çatmayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net