İlham Əliyev: Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var
Nərmin Qocamanlı
Düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. O görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq.
"Operativ Media" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə deyib.
Bu gün nəqliyyat əlaqələrinin qurulmasının və genişləndirilməsinin Türk dünyasının birləşməsi ilə sıx bağlı proses olduğunu deyən dövlətimizin başçısı bildirib: “Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var”.
Teqlər:
"\u0130lham \u018fliyev: Orta D\u0259hlizin potensial\u0131na d\u00fcnyada daha b\u00f6y\u00fck ehtiyac var"