XİN başçısı: Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur
Nərmin Qocamanlı
Ermənistan Konstitusiyasında, Ermənistan Parlamenti tərəfindən qəbul edilən qanunvericilik aktlarında və digər qanunvericilik sənədlərində qonşu dövlətlərə, o cümlədən Azərbaycana qarşı ərazi iddiaları mövcuddur.
"Operativ Media" xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı ilə birgə brifinqdə Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın açıqlamasına münasibət bildirərkən deyib.
“Bu məlum bir faktdır və bu məsələ, təbii ki, zaman-zaman qaldırılıb. Ermənistan cəmiyyətində bu xüsusda diskusiyaların olması o anlama gəlir ki, Ermənistan dövləti və cəmiyyəti özü bu faktların mövcudluğunu özləri üçün zərərləri olduğunu qəbul edirlər”, - nazir qeyd edib.