Azərbaycan və Macarıstan XİN rəhbərləri arasında geniştərkibli görüş olub
Nərmin Qocamanlı
Azərbaycan və Macarıstanın xarici işlər nazirləri nümayəndə heyətlərinin geniş tərkibdə görüşü olub
XİN-dən "Operativ Media"ya verilən məlumata görə, tərəflər Azərbaycan-Macarıstan strateji tərəfdaşlıq gündəliyinin iqtisadi, kənd təsərrüfatı, enerji, siyasi əməkdaşlıq kimi geniş spektrli məsələləri müzakirə ediblər.
Görüşdə nazir Ceyhun Bayramov Macarıstan müəssisələrinin işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması istiqamətində Azərbaycanın səylərini dəstəkləmək üçün əhəmiyyətli potensialın olduğunu vurğulayıb.