Menyu

Rusiya: Ermənistan XİN və MN xəttilə bizimlə təmaslarda maraqlı olmağı dayandırıb"

Əziz Əzizli
Rusiya: Ermənistan XİN və MN xəttilə bizimlə təmaslarda maraqlı olmağı dayandırıb"

Ermənistan hakimiyyəti Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi xəttilə Rusiya ilə təmaslarda maraqlı olmağı dayandırıb ki, bu da Qərbin təzyiqinin nəticəsidir.

"Operativ Media" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin bildirib.

"2023-cü ilin noyabrından xarici işlər nazirlərinin görüşü olmayıb. Tərəfdaşlarımız XİN-lər arasında növbəti məsləhətləşmə planını hazırlamaq və imzalamaq təklifimizə maraq göstərmədilər. Müdafiə qurumları xətti ilə təmasların dinamikasının nəzərəçarpacaq dərəcədə azalması bizim təqsirimiz üzündən deyil.

Hərbi-texniki əməkdaşlıq da zəifləyib. Bunu İrəvanı ölkəmizlə əlaqələri minimuma endirməyə məcbur etməyə çalışan qərblilərin təzyiqinin nəticəsi kimi görürük", - nazir müavini qeyd edib.

"Buna baxmayaraq, ümid edirik ki, Ermənistan hakimiyyətinin problemli və qıcıqlandırıcı məqamların aradan qaldırılması üzərində açıq şəkildə səsləndirdiyi əhval-ruhiyyə praktiki təcəssüm edəcək. Buna hazırıq", - Qaluzin deyib

Teqlər:

"Rusiya: Erm\u0259nistan X\u0130N v\u0259 MN x\u0259ttil\u0259 biziml\u0259 t\u0259maslarda maraql\u0131 olma\u011f\u0131 dayand\u0131r\u0131b\""

Əlaqəli Xəbərlər