Menyu

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüş keçirilib - FOTO

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüş keçirilib - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüşüblər.

Bu barədə "Operativ Media"ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə ölkəmizdə enerji səmərəliliyinin, bərpa olunan enerji mənbələrinin artırılması, ənənəvi yanacaq növlərindən istifadənin azaldılmasına diqqət yetirilməsi və digər nəticələr baxımından qazanılan uğurlar diqqətə çatdırılıb.

Tərəflər Azərbaycanın alternativ enerji resurslarından istifadənin intensivləşdirilməsi işində fəal iştirakı, COP29 tədbirindən gözləntilər və iqlim dəyişikliyini tənzimləyən proqramların maliyyələşdirilməsi mexanizmləri barədə fikir mübadiləsi aparıblar.

Teqlər:

"Beyn\u0259lxalq Enerji Agentliyinin icra\u00e7\u0131 direktoru il\u0259 g\u00f6r\u00fc\u015f ke\u00e7irilib - FOTO"

Əlaqəli Xəbərlər