Blinken Qantz ilə Qəzzadakı vəziyyəti müzakirə edib
Nərmin Qocamanlı
ABŞ dövlət katibi Antoni Blinken İsrail hərbi kabinetinin üzvü Benni Qantz ilə telefon danışığı aparıb.
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller "X"də bildirib.
Telefon danışığı zamanı Qəzzada tam atəşkəsə nail olmaq, bütün girovların azad edilməsini təmin etmək və Qəzzanın bütün hissələrinə humanitar yardımın artırılması məsələləri müzakirə edilib.