ABŞ Senatı Ukraynaya yardım üçün qanun layihələri paketini təsdiqləyib
Əziz Əzizli
ABŞ Senatı səsvermədən sonra Vaşinqtonun müttəfiqlərinə - Ukrayna, İsrail və Tayvana xarici yardımla bağlı qanun layihələri paketini qəbul edib.
"Operativ Media" xəbər verir ki, Senat həmçinin Rusiyanın dondurulmuş aktivlərinin faktiki olaraq Ukraynaya verilməsinə görə müsadirə olunmasını və Çinə qarşı əlavə sanksiyaların tətbiqini dəstəkləyib.
Təşəbbüsü 79 senator dəstəkləyib, 18 qanunverici isə təşəbbüsün əleyhinə çıxıb.
İndi qanun layihəsi aprelin 24-də sənədi imzalamaq niyyətində olan ABŞ Prezidenti Co Baydenə göndəriləcək ki, Ağ Ev rəhbəri Kiyevə silah tədarükünü bu həftə bərpa etsin.
Teqlər:
"AB\u015e Senat\u0131 Ukraynaya yard\u0131m \u00fc\u00e7\u00fcn qanun layih\u0259l\u0259ri paketini t\u0259sdiql\u0259yib"