Menyu

G7 liderləri Ukraynaya hərbi dəstəyi artırmaq barədə razılığa gəliblər

Şəfa Hüseynli
G7 liderləri Ukraynaya hərbi dəstəyi artırmaq barədə razılığa gəliblər

G7 üzv ölkələri hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli komplekslərin tədarükünü artırmaqla Ukraynaya hərbi yardımı genişləndirmək barədə razılaşıblar.

Operativ Media xəbər verir ki, bu barədə G7 liderlərinin birgə bəyanatında deyilir.

Sənəddə deyilir:

"Biz hava hücumundan müdafiə sistemlərinin, əlavə sistemlərin və tutucuların, eləcə də uzaqmənzilli sistemlərin tədarükünü artırmaq barədə razılığa gəldik. Həmçinin Ukraynaya hərbi istehsalı artırmağa imkan verəcək lisenziya güzəştlərinin verilməsi imkanlarını nəzərdən keçirməyə hazırıq".

Bundan əlavə, G7 liderləri neft və qaz sektoruna qarşı tədbirlər də daxil olmaqla, Rusiyaya qarşı sanksiya təzyiqini artırmaq planlarını açıqlayıblar.

Qeyd edək ki, G7 liderlərinin sammiti 15-17 iyun tarixlərində Fransanın Evian-le-Ben şəhərində keçirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər