Qriqoryan Sankt-Peterburqda təhlükəsizlik məsələlərini əlaqələndirən nümayəndələrin görüşündə iştirak etməyəcək
Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan aprelin 24-25-də Sankt-Peterburqda keçiriləcək təhlükəsizlik məsələlərini əlaqələndirən ali nümayəndələrin 12-ci beynəlxalq iclasında iştirak etməyəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibinin ofisindən məlumat verilib.
"Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya Federasiyasına səfər etməyəcək və aprelin 24-25-də Sankt-Peterburqda keçiriləcək təhlükəsizlik məsələlərini əlaqələndirən ali nümayəndələrin 12-ci beynəlxalq iclasında iştirak etməyəcək", - deyə məlumatda qeyd edilib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma