Menyu

İlham Əliyev və Vladimir Putinin müzakirə etdiyi mövzular açıqlanıb

Nərmin Qocamanlı
İlham Əliyev və Vladimir Putinin müzakirə etdiyi mövzular açıqlanıb

Xəbər verdiyimiz kimi, Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və  Rusiya Prezidenti Vladimir Putin arasında təkbətək görüş keçirilib.

"Operativ Media" xəbər verir ki, görüşdə regional təhlükəsizlik məsələləri müzakirə olunub.

 Azərbaycan Prezidenti bildirib ki, regional təhlükəsizlik məsələləri daim görüşlərin gündəliyindədir:

"Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üçün fundamental ölkədir və bu, daha çox ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən asılıdır".

Vladimir Putin qeyd edib ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir və inkişaf etməkdə davam edir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün, aprelin 22-də Moskvaya işgüzar səfər edib. Səfər Vladimir Putinin dəvəti ilə baş tutub. Liderlər xüsusilə Qafqazda təhlükəsizlik vəziyyətini müzakirə etməyi, daha sonra BAM-ın təcrübəli inşaatçıları ilə görüşməyi planlaşdırırlar. Bu, Vladimir Putinin və İlham Əliyevin arasında 2024-cü ildə yenidən prezident seçildikdən sonra ilk görüşdür..

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər