Menyu

Ersin Tatar Azərbaycana səfər edəcək

Ersin Tatar Azərbaycana səfər edəcək

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar yaxın günlərdə Azərbaycana səfər edəcəyini açıqlayıb.

"Operativ Media" ŞKTC liderinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə o, Şimali Kipr Taekvondo, Karate, Cüdo, Aykido Federasiyasının 47-ci quruluş ildönümü münasibəti ilə təşkil olunan tədbirdə çıxış edərkən bildirib.

Tədbirdə iştirak edən azərbaycanlı qonaqları da salamlayan Ersin Tatar, idman sahəsində əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğulayıb.

ŞKTC Prezidenti Azərbaycana səfərinin əhəmiyyətindən də danışıb.

Teqlər:

"Ersin Tatar Az\u0259rbaycana s\u0259f\u0259r ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər