Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb
Nərmin Qocamanlı
Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb.
Düşən yağıntının miqdarı Ağsuda 5 mm, Qrız, Qəbələ, Şahbuzda 2 mm, Şahdağ, Gədəbəydə 1 mm-dək olub.
Aprelin 19-da saat 16:14-16:54 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 28-32, Aran rayonlarında 29, dağlıq rayonlarda 25 dərəcəyədək isti olub.
Teqlər:
"\u00d6lk\u0259 \u0259razisind\u0259 m\u00fc\u015fahid\u0259 olunan faktiki hava a\u00e7\u0131qlan\u0131b"