Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb
Nərmin Qocamanlı
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri Ruslan Həsənov və Elşən Manafov saxlanılıblar.
Həmin şəxslərdən çəkisi 2 kiloqrama yaxın heroin və marixuana aşkar edilib. Araşdırmalar zamanı R.Həsənovun və E.Manafovun narkokuryerlik etdikləri, onlardan aşkarlanan narkotikləri qabaqcadan təyin olunan yerə çatdırmalı olduqları müəyyən edilib.
Araşdırmalar davam etdirilir.
Teqlər:
"Hac\u0131qabulda narkokuryerlik ed\u0259n iki n\u0259f\u0259r saxlan\u0131l\u0131b"