Türkiyə XİN İran və İsraili gərginliyi artıracaq addımlardan çəkinməyə çağırıb
Nərmin Qocamanlı
Türkiyə Xarici İşlər Nazirliyi İran və İsraili gərginliyi artıracaq addımlardan çəkinməyə çağırıb.
"Operativ Media" xəbər verir ki, XİN-nin yaydığı bəyanatda deyilir:
"İsrailin beynəlxalq hüquqa zidd olaraq Dəməşqdəki İran səfirliyinə hücumu ilə başlayan gərginliyin son hadisələrdən sonra daimi qarşıdurmaya çevrilməsi riski var.
Hadisələri yaxından izləyirik.
Biz bütün tərəfləri daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq.
Beynəlxalq ictimaiyyətin prioriteti Qəzzada qətliamın dayandırılması və Fələstin dövlətinin yaradılması ilə bölgəmizdə daimi sülhün təmin edilməsi olmalıdır", - məlumatda qeyd olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net