Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə COP29-un "X" səhifəsində paylaşım edilib.
Görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq, planetdə gələcək nəsillər üçün əlverişli iqlim şəraitinin təmin edilməsində birgə əməkdaşlıq məsələləri müzakirə olunub.
Teqlər:
"Muxtar Babayev Con Kerri il\u0259 COP29-a haz\u0131rl\u0131\u011f\u0131 m\u00fczakir\u0259 edib"