Menyu

İqtisadi Zonaların İnkişafı Agentliyində Tatarıstan nümayəndə heyəti ilə görüş keçirilib

Nərmin Qocamanlı
İqtisadi Zonaların İnkişafı Agentliyində Tatarıstan nümayəndə heyəti ilə görüş keçirilib

Tatarıstan Respublikasının baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə İqtisadi Zonaların İnkişafı Agentliyində (İZİA) görüş keçirilib.

"Operativ Media" Agentliyin saytına istinadən xəbər verir ki, İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov nümayəndə heyətinə Agentliyin idarəçiliyində olan sənaye zonaları, burada sahibkarlar üçün yaradılan əlverişli investisiya imkanları barədə məlumat verib, Tatarıstanlı iş adamları sənaye zonalarında yaradılmış biznes imkanlarından yararlanmağa dəvət ediliblər.

Görüş çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Tatarıstanın Ximqrad Texnopolis arasında sənaye zonalarında investisiya layihələri, birgə əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

Teqlər:

"\u0130qtisadi Zonalar\u0131n \u0130nki\u015faf\u0131 Agentliyind\u0259 Tatar\u0131stan n\u00fcmay\u0259nd\u0259 hey\u0259ti il\u0259 g\u00f6r\u00fc\u015f ke\u00e7irilib"

Əlaqəli Xəbərlər