Menyu

Xəzər rayonunda silahlı şəxs saxlanılıb

Nərmin Qocamanlı
Xəzər rayonunda silahlı şəxs saxlanılıb

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Elnur Məmmədov saxlanılıb. Onun yaşadığı Şüvəlan qəsəbəsindəki evindən psixotrop maddə metamfetamin,  1 ədəd tapança, 17 ədəd patron və 2 ədəd bıçaq aşkarlanıb. 

Bu barədə "Operativ Media"ya Daxili İşlər Nazirliyinin Mətbuat Xismətindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı araşdırmalar davam etdirilir.

E.Məmmədovun qanunsuz əməllərindən zərər çəkən şəxslər DİN-in “102” Xidməti Zəng Mərkəzinə və ya Xəzər Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər