Menyu

İranın BMT-dəki nümayəndəliyi: İsrailə hücumu tamamlanmış hesab etmək olar

Əziz Əzizli
İranın BMT-dəki nümayəndəliyi: İsrailə hücumu tamamlanmış hesab etmək olar

İsrailə hücum bu ölkənin hakimiyyətinin İranın Suriyadakı diplomatik obyektlərinə hücumuna qarşı başa çatmış cavab hesab etmək olar.

"Operativ Media" xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi Nümayəndəliyi bildirib.

İranın diplomatik missiyasının “X” səhifəsində qeyd olunur ki, “bu məsələ bitmiş hesab edilə bilər”. Daimi Nümayəndəlik qeyd edib ki, İsrailə pilotsuz təyyarələrin buraxılması bu ölkənin İranın Dəməşqdəki diplomatik obyektlərinə hücumuna cavabdır. Eyni zamanda vurğulanıb ki, İsrail hakimiyyətinin “daha bir səhvi” olarsa, Tehranın cavabı “daha sərt” olacaq.

Daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənub əyalətləri üzərindən İsrail ərazisinə doğru uçduğu bildirilib. İrandan buraxılan döyüş başlıqlı pilotsuz təyyarələr İordaniya ərazisi üzərində də müşahidə edilib

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər