Menyu

Tacikistan prezidenti Azərbaycana dövlət səfəri edəcək

Tacikistan prezidenti Azərbaycana dövlət səfəri edəcək

Tacikistan Prezidenti Emoməli Rəhmon 2024-cü il may ayının üçüncü ongünlüyündə Azərbaycana dövlət səfəri etmək niyyətindədir.

"Operativ Media" xəbər verir ki, bu barədə Tacikistan XİN bu ölkənin xarici işlər naziri Sirociddin Muxriddin ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında keçirilən görüşdən sonra məlumat verib.

Nazirlər Minskdə Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurası çərçivəsində görüşüblər.

"Nazirlər həmçinin mayın ikinci ongünlüyündə Azərbaycanda Tacikistan Mədəniyyəti Günlərinin, Tacikistan Kino Günlərinin və Tacikistan-Azərbaycan Biznes Forumunun keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar", - Tacikistan XİN-in məlumatında deyilir.
 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər