Menyu

Hesablama Palatası ötən il 41 kənar dövlət maliyyə nəzarəti həyata keçirib

Nərmin Qocamanlı
Hesablama Palatası ötən il 41 kənar dövlət maliyyə nəzarəti həyata keçirib

2023-cü ildə Hesablama Palatasının audit və analitik fəaliyyəti hesabına 41 kənar dövlət maliyyət nəzarəti həyata keçirilib.

"Operativ Media"  xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

Sənədə əsasən, bunun 5-i səmərəlilik, 5-i maliyyə, 31-i isə uyğunluq auditi olub.

Nəzarət tədbirinin əhatə etdiyi orqanlardan 1-i ali kateqoriya dövlət orqanı, 11-i mərkəzi icra hakimiyyəti orqanı, 1-i digər dövlət orqanı, 8-i mərkəzi icra hakimiyyəti orqanı tabeliyində olan təşkilat, 10-u publik hüquqi şəxs, 5-ü dövlət mülkiyyətində olan və dövlətin səhmi (payı) olan müəssisə, 1-i universitet, 3-ü fond, 1-i isə digər təşkilati-hüquqi formaya malik qurum olub.

Auditlər Bakı (33 ədəd), Sumqayıt, Qusar, Ağsu, İsmayıllı, Ağdaş, Qəbələ, Balakən, Salyan, Neftçala, Lənkəran, Samux, Gəncə, Göygöl, Goranboy, Tərtər, Ağdam, Cəbrayıl, Naxçıvan və Ordubad (7 ədəd) bölgələrini, eləcə də Çini (1 ədəd) əhatə edib.

Teqlər:

"Hesablama Palatas\u0131 \u00f6t\u0259n il 41 k\u0259nar d\u00f6vl\u0259t maliyy\u0259 n\u0259zar\u0259ti h\u0259yata ke\u00e7irib"

Əlaqəli Xəbərlər