Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Nərmin Qocamanlı
Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, eyni zamanda bütün məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
Teqlər:
"Z\u0131\u011f dair\u0259si-Hava Liman\u0131 yolunda s\u00fcr\u0259t h\u0259ddi endirilib"