NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı gələn il Türkiyədə keçiriləcək
Nərmin Qocamanlı
"NATO üzvləri terrorla mübarizədə Türkiyəyə hərtərəfli dəstək verməlidir".
"Operativ Media" xəbər verir ki, bunu Türkiyə XİN rəhbəri Hakan Fidan deyib.
“Xüsusən də terrorla mübarizədə NATO-ya üzv ölkələr Türkiyəni tam və qeyd-şərtsiz dəstəkləməli və Türkiyənin yanında olmalıdır. Biz vurğuladıq ki, bəzi NATO-ya üzv ölkələr, xüsusilə Suriyada olduğu kimi, “müvəqqəti” maska altında da olsa, terror təşkilatları ilə əməkdaşlıq etməməlidir. Bu, NATO alyansının ruhuna tamamilə ziddir”, - deyə o bildirib.
Nazir həmçinin qeyd edib ki, NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı 2025-ci ildə Türkiyədə keçiriləcək.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma