Menyu

Rumıniyanın energetika naziri Şəhidlər xiyabanını ziyarət edib

Nərmin Qocamanlı
Rumıniyanın energetika naziri Şəhidlər xiyabanını ziyarət edib

Rumıniyanın energetika naziri Sebastyan-İoan Burdujanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Bakıda keçirilən 8-ci iclasında iştirak etmək üçün ölkəmizə rəsmi səfərə gəlib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Operativ Media"ya verilən xəbərə görə, nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib.

Qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzüb, xatirələrini ehtiramla anıblar.

Teqlər:

"Rum\u0131niyan\u0131n energetika naziri \u015e\u0259hidl\u0259r xiyaban\u0131n\u0131 ziyar\u0259t edib"

Əlaqəli Xəbərlər