DSX Akademiyasının rəisi Azər İbrahimov Türkiyəyə səfər edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Azərbaycan Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi, general-mayor Azər İbrahimov və onu müşayiət edən nümayəndə heyəti Ədirnədəki 54-cü Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığında və 9-cu Sərhəd Briqada Komandanlığının Budakdoğanca Sərhəd Mühafizə Məntəqəsində olub", - məlumatda qeyd olunub.