Ceyhun Bayramov Belçikaya işgüzar səfərə gedib
Nərmin Qocamanlı
Xarici işlər naziri Ceyhun Bayramov Belçikaya işgüzar səfərə gedib.
Azərbaycan Xarici İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, 20 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığına işgüzar səfərə yola düşüb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun 21 mart tarixində Brüssel şəhərində keçiriləcək Nüvə Enerjisi Sammitində iştirakı və çıxışı, eləcə də bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net