Menyu

Azərbaycan icması Britaniya Parlamentinə etiraz məktubu göndərib

Azərbaycan icması Britaniya Parlamentinə etiraz məktubu göndərib

Mart ayının 19-da Böyük Britaniya Parlamentinin Nümayəndələr palatasında Qarabağdan köçən ermənilərə beynəlxalq dəstəyin verilməsi ilə əlaqədar dinləmələr keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Operativ Media"ya verilən məlumata görə, bu dinləmələr Şotlandiya Milli Partiyasının nümayəndəsi Karol Monokonun təşəbbüsü ilə həyata keçiriləcək.

Diqqətə çatdırılıb ki, Böyük Britaniyadakı Azərbaycan icması bu addıma kəskin etirazını bildirib və dinləmələrdə iştirak edəcək parlament üzvlərinə məlumatlandırıcı məktub ünvanlayıblar. Britaniya Azərbaycan Cəmiyyəti və Qlazqo, Aberdin Tələbə Cəmiyyətləri, eləcə də Böyük Britaniyada təhsil alan bir qrup azərbaycanlı tələbənin adından Parlament üzvlərinə, Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının adından isə Xarici İşlər Nazirliyinə ünvanlanan məktubda bu məsələyə dəstək verən deputatlar ədalətli mövqe nümayiş etdirməyə çağırılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər