Menyu

Əli Əsədov Nobel sülh mükafatı laureatı Məhəmməd Yunusla görüşüb

Əli Əsədov Nobel sülh mükafatı laureatı Məhəmməd Yunusla görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov martın 16-da Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, görüşdə XI Qlobal Bakı Forumunun önəmi vurğulanıb, çox sayda ölkədən dövlət və hökumət başçılarının, tanınmış siyasi və ictimai xadimlərin burada iştirakı tədbirin nüfuzunun göstəricisi kimi dəyərləndirilib.

Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlər və dinamik inkişaf yolu barədə məlumat verilib. Ölkəmizdə bütün sahələrdə, xüsusilə iqtisadi sahədə aparılan genişmiqyaslı islahatların müsbət nəticələr verdiyi vurğulanıb.

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunusun dünya miqyasında yoxsulluğa qarşı mübarizə istiqamətində uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər