Menyu

Stoltenberq martın 17-19-da Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək

Stoltenberq  martın 17-19-da Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək

NATO-nun baş katibi Yens Stoltenberq martın 17-dən 19-dək Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək. 

"Operativ Media" xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

Bazar günü, martın 17-də Stoltenberq Bakıda olacaq və burada Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

Ertəsi gün baş katib Tbilisiyə gedəcək, orada Gürcüstan prezidenti Salome Zurabişvili və baş nazir İrakli Kobaxidze ilə görüşlər keçirəcək.

Çərşənbə axşamı, martın 19-da Stoltenberq İrəvana səfər edəcək, burada Ermənistan prezidenti Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşəcək. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər