Menyu

Rusiya XİN: Ermənistan Moskva ilə mövcud müttəfiqlik münasibətlərinə düzəlməz ziyan vura bilər

Nərmin Qocamanlı
Rusiya XİN: Ermənistan Moskva ilə mövcud müttəfiqlik münasibətlərinə düzəlməz ziyan vura bilər

Ermənistan rəhbərliyinin ultimatum və bəzən aşağılayıcı ritorikası Moskvanı təşvişə salıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.

"Eyni zamanda biz heç vaxt heç bir dövlətin öz xarici siyasət yolunu müəyyən etmək üçün suveren hüququnu şübhə altına almamışıq. Bu, tam olaraq KTMT-yə aiddir. Ermənistanın hazırkı yolunu davam etdirməsi Moskva ilə İrəvan arasında mövcud müttəfiqlik münasibətlərinə düzəlməz ziyan vura bilər", - deyə Zaxarova bildirib.

O əlavə edib ki, KTMT onilliklər ərzində nəhəng ərazidə sülh və sabitliyi təmin edən təhlükəsizliyi formalaşdıran ölkələr, dövlətlər və insanlardır.

Teqlər:

"Rusiya X\u0130N: Erm\u0259nistan Moskva il\u0259 m\u00f6vcud m\u00fctt\u0259fiqlik m\u00fcnasib\u0259tl\u0259rin\u0259 d\u00fcz\u0259lm\u0259z ziyan vura bil\u0259r"

Əlaqəli Xəbərlər