Türkiyə nazirləri və MİT sədri İraqa səfər edəcəklər
Nərmin Qocamanlı
Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və MİT sədri İbrahim Kalın terrorla mübarizədə əməkdaşlıqla bağlı danışıqlar aparmaq üçün sabah İraqa gedəcəklər.
"Operativ Media" xəbər verir ki, onlar İraqın paytaxtı Bağdadda keçiriləcək Təhlükəsizlik Zirvəsinə qatılacaqlar.
İclasda terrorla mübarizədə ortaq anlaşmanın formalaşdırılması məsələsi müzakirə olunacaq.
Enerji sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunacaq.