Azərbaycanlı deputatlar Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər
Nərmin Qocamanlı
Milli Məclisin bir qrup deputatı Rusiya Federasiyasında martın 17-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün martın 14-də Moskva şəhərinə səfər edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya verilən xəbərə görə, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və deputat Rüfət Quliyev ikitərəfli əsasda, deputatlar - Sabir Hacıyev MDBPA xətti ilə, Anar Məmmədov isə MDB PA və MDB İcraiyyə Komitəsinin xətti ilə seçkiləri müşahidə edəcəklər.
Səfər çərçivəsində deputatlar seçkilərinə hazırlıqla tanış olacaq və seçki günü prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.
Səfər martın 19-da başa çatacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net