Menyu

Azərbaycan şirkətləri Yaponiyada "Expo 2025" sərgisində iştirak edə bilər

Azərbaycan şirkətləri Yaponiyada "Expo 2025" sərgisində iştirak edə bilər

2025-ci ilin aprel-oktyabr aylarında Yaponiyanın Osaka şəhərində baş tutacaq "Expo 2025" sərgisində Azərbaycan şirkətlərinin geniş iştirakı müzakirə olunub.

“Operativ Media” xəbər verir ki, müzakirələr İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə həyətinin "FOODEX Japan 2024" sərgisi ilə bağlı Tokio şəhərinə səfəri çərçivəsində Yaponiyanın Xarici Ticarət Təşkilatında (JETRO) görüşü zamanı aparılıb.

Görüşdə qurumların fəaliyyət istiqamətləri haqqında məlumat verilib, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb.

Bundan başqa, Azərbaycanın investisiya və ixrac imkanları qarşı tərəfin diqqətinə çatdırılıb, JETRO-nun qlobal və Yaponiya ofisləri ilə bu xüsusda məlumat mübadiləsinin aparılmasına dair razılıq əldə olunub. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər