Menyu

Paşinyan Ermənistan parlamentində hakim partiyanın deputatları ilə qapalı iclas keçirib

Paşinyan Ermənistan parlamentində hakim partiyanın deputatları ilə qapalı iclas keçirib

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə ölkənin hakim "Vətəndaş Müqaviləsi" partiyasının deputatları ilə qapalı iclas keçirib.

"Operativ Media" xəbər verir ki, Ermənistan hökumətinin rəsmilərinin də iştirak etdiyi iclasda ölkənin iqtisadi inkişafı ilə əlaqədar məsələlər müzakirə olunub.

Xatırladaq ki, martın 6-da Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputatlar Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı parlamentdə qapalı görüşə çağırıb.

Ermənistan KİV deputatların Qriqoryanla Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyə namizədlik məsələsini müzakirə edəcəyini yazıb.

Qeyd edək ki, Ermənistan KİV ölkənin baş naziri Nikol Paşinyanın payıza qədər Avropa İttifaqına üzvlüyə namizədlik üçün müraciət etmək istədiyini yazıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər