Menyu

BSU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş beynəlxalq elmi konfransın təşkilat komitəsinin ilk iclası keçirilib

BSU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş beynəlxalq elmi konfransın təşkilat komitəsinin ilk iclası keçirilib

Martın 6-da Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə” adlı beynəlxalq elmi konfransın təşkilat komitəsinin ilk iclası keçirilib.

BSU-nun rektoru Anar Nağıyev hər il ənənəvi olaraq keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş beynəlxalq elmi konfransla bağlı ənənənin qorunub saxlanılmasının vacibliyinə toxunub. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini diqqətə çatdıran rektor konfransın bölmələrindən birinin ənənəvi bölmə kontekstindən kənara çıxmamaq şərti ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə uyğunlaşdırılacağını vurğulayıb.

Müzakirə platforması formatında baş tutan iclasda konfransın bölmələrinin müəyyənləşdirilməsi, konfransın regional bölməsinin təşkili məsələləri produktiv müzakirə edilib. Xarici ölkələrin nümayəndələrinin konfransın plenar iclasında iştirakı ilə bağlı təkliflər dinlənilib.

İclas çərçivəsində yerli və xarici təşkilatların konfransa dəvət edilməsi ilə bağlı müzakirə aparılıb.

Teqlər:

"BSU-da \u00dcmummilli Lider Heyd\u0259r \u018fliyevin anadan olmas\u0131n\u0131n 101-ci ild\u00f6n\u00fcm\u00fcn\u0259 h\u0259sr olunmu\u015f beyn\u0259lxalq elmi konfrans\u0131n t\u0259\u015fkilat komit\u0259sinin ilk iclas\u0131 ke\u00e7irilib"

Əlaqəli Xəbərlər