Türkiyə və İran XİN rəhbərləri arasında görüş olub
Türkiyə və İran xarici işlər nazirləri Hakan Fidan və Hüseyn Əmir Abdullahian arasında görüş olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Nazirimiz Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Fövqəladə Toplantısı çərçivəsində Ciddədə iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan ilə görüşüb", - məlumatda qeyd edilib.
Görüşün təfərrüatları barədə əlavə məlumat verilməyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net