Rusiya və Ermənistan XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla telefonla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib, həmçinin ikitərəfli münasibətlərdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Martın 5-də Rusiya tərəfinin təşəbbüsü ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. İkitərəfli münasibətlərlə bağlı məsələlər və regiondakı vəziyyət müzakirə edilib", - deyə məlumatda bildirilir.