Menyu

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Bakı və İrəvanı birləşdirəcək

Nərmin Qocamanlı
Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Bakı və İrəvanı birləşdirəcək


Zəngəzur dəhlizi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması yolunda mühüm elementdir.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov Antalyada keçirilən forumda bildirib.

"Bu yol nəinki Ermənistan və Azərbaycanı birləşdirəcək, həm də Rusiya, Türkiyə və İran da daxil olmaqla, bütün region ölkələrinə fayda verəcək. Əhəmiyyətli odur ki, bu, həm də Orta Dəhlizin artıq mövcud marşrutlarına alternativ ola bilər", - deyə o qeyd edib.

E.Əmirbəyov əlavə edib ki, Bakı ümid edir ki, hazırda layihənin icrasını təxirə salan Ermənistan özü üçün faydanı dərk edəcək və özünü regional nəqliyyat əlaqələrinin xəritəsinə daxil etməyə çalışacaq.

Teqlər:

"El\u00e7in \u018fmirb\u0259yov: Z\u0259ng\u0259zur d\u0259hlizi Bak\u0131 v\u0259 \u0130r\u0259van\u0131 birl\u0259\u015fdir\u0259c\u0259k"

Əlaqəli Xəbərlər