Menyu

Azərbaycan və Özbəkistan XİN başçıları regional vəziyyəti müzakirə edib - YENİLƏNİB

Nərmin Qocamanlı
Azərbaycan və Özbəkistan XİN başçıları regional vəziyyəti müzakirə edib - YENİLƏNİB

1 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.

XİN-dən "Operativ Media"ya verilən məlumata görə, görüşdə iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlığa əsaslanan, siyasi, iqtisadi, ticarət, nəqliyyat və kommunikasiyalar, mədəniyyət, humanitar və s. sahələr üzrə çoxşaxəli münasibətlərin son dövrlərdə intensiv xarakter alan ali və yüksək səviyyəli təmaslar nəticəsində inkişaf etməsinin məmnunluq doğurduğunu qeyd edib.

Regional və beynəlxalq təşkilatlar, xüsusilə ölkəmiz üçün prioritet istiqamətlərdən birini təşkil edən Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın davam etdirilməsinin zəruriliyi qeyd olunub.

Cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi, bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsində əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, regional sülh və sabitliyi təhdid edən çağırışlar barədə həmkarını ətraflı məlumatlandırıb. Ermənistan tərəfindən son dövrlərdə daha intensiv xarakter alan siyasi və hərbi təxribatların, bu ölkənin sürətli silahlanaraq aqressiv ritorikasını davam etdirməsinin sülh prosesinə təhdid törətdiyi bildirilib.

Nazir Baxtiyor Saidov COP29-a ev sahibliyi münasibətilə Azərbaycanı təbrik edib, bu mötəbər tədbirin təşkilatında uğurlar arzu edib, eyni zamanda Özbəkistanın keçiriləcək tədbirə töhfə verməyə hazır olduğunu söyləyib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

***

14:06

Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumu çərçivəsində Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin "X" hesabında paylaşım edilib.

Tərəflər iqtisadiyyat, ticarət əlaqələri, COP29 ilə bağlı hazırlıqlar və regional vəziyyət sahələrində geniş spektrli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

 

Nərmin Qocamanlı

Teqlər:

"Az\u0259rbaycan v\u0259 \u00d6zb\u0259kistan X\u0130N ba\u015f\u00e7\u0131lar\u0131 regional v\u0259ziyy\u0259ti m\u00fczakir\u0259 edib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər