Almaniyadakı iki günlük görüşdən gözləntilər - ŞƏRH
Redaksiya
"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü pozitiv haldır. Həm danışıqların davam etdirilməsi, həm də iki ölkə arasındakı əlaqələrin bir sonrakı mərhələyə keçməsi üçün bu görüşlərin davamlı olması önəmlidir".
Bu sözləri "Operativ Media"ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.
O qeyd edib ki, Qərb formatları praktiki olaraq son nəticəyə çatmayıb:
"Həm Vaşinqton, həm Brüssel görüşləri uğurlu olsa da, özünü doğrultmadı. Obyektivlik cəhətdən desək, Almaniya Fransaya nisbətdə hər zaman daha obyektiv və bitərəf davranmağa çalışır. Almaniyanın beynəlxalq münasibətlər sistemindəki tutumu, bu ölkənin Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı tutduğu mövqe Almaniyanın moderatorluğu altında olan görüşlərdə ümidlər yaradır ki, pozitiv nəticələr əldə edilsin. Əlbəttə, böyük mənada köklü dəyişikliklər və yaxud da sülhlə bağlı böyük perspektivlər gözləmək yanlışdır. Amma hesab edirəm ki, sülhə doğru belə görüşlərin davamlı olması müsbət amildir”.
Teqlər:
"Almaniyadak\u0131 iki g\u00fcnl\u00fck g\u00f6r\u00fc\u015fd\u0259n g\u00f6zl\u0259ntil\u0259r - \u015e\u018fRH"